Bakıda məktəbin qarşısında iki  məktəbli qız vuruldu
07 dekabr 2012 14:15 (UTC +04:00)

Bakıda məktəbin qarşısında iki məktəbli qız vuruldu

0
Bu gün saat 12:57 radələrində Bakının Sabunçu rayonunda 2 məktəblini maşın vurub. Rayon Polis İdarəsindən “anspress”-ə verilən məlumata görə, hadisə Sabunçu qəsəbəsindəki 311 saylı orta məktəbin qarşısında baş verib.
“KamAZ” markalı 10 JF 855 dövlət nömrə nişanlı yük maşını sürətlə gələrək “Mercedes E-190” markalı 10 CV 324 dövlət nömrə nişanlı minik maşınına çırpılıb. Zərbənin təsirindən minik maşını qarşıda yolu keçən 2 məktəbli qızı vurub. Qəza nəticəsində maşınla vurulan qızlar - 11 yaşlı Nigar Nəcəfova və 17 yaşlı Röya Kərimova ağır vəziyyətdə xəstəxanaya aparılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2440

Oxşar yazılar