Sumqayıtda daha bir yol faciəsi
0
0
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, saat 15.00 radələrində Sumqayıt şəhəri Koroğlu küçəsində şəhər sakinləri Fərəc Cavadovun idarə etdiyi "VAZ-2106" markalı və Həsənqulu Quliyevin idarə etdiyi "Toyota-Prado" markalı avtomaşınlar toqquşub.
Nəticədə xəsarət almış F.Cavadov və sərnişinləri - Sumqayıt şəhər sakinləri Nazənin Məmmədova, Xeyirgül Məmmədova, Elxan Məmmədov və Elyar Məmmədov xəstəxanaya yerləşdirilib. N.Məmmədova xəstəxanada vəfat edib, X.Məmmədovanın və Elxan Məmmədovun vəziyyətləri orta-ağırdır. Digərlər yaralılara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.