Korrupsioner bələdiyyə sədri ifşa edildi
07 dekabr 2012 16:37 (UTC +04:00)

Korrupsioner bələdiyyə sədri ifşa edildi

0
Vəzifə səlahiyyətlərindən sui-istifadə edən bələdiyyə sədri barəsində cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Lent.az-a verilən məlumata görə, Qusar rayonu, Mucuq kənd bələdiyyəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş materiallar araşdırılıb. Müəyyən edilib ki, bələdiyyə sədri İsayev Qədim Talıb oğlu bələdiyyə iclasının qərarı olmadan və qanunvericiliklə alqı-satqısı qadağan edilmiş 8,64 ha örüş torpağını 4.893 manata satıb.

Bundan başqa 2010-2011-ci illərdə 4.229 manat məbləğində bələdiyyə vəsaiti qanunvericiliyə zidd olaraq təyinatı üzrə xərclənməyib, habelə bələdiyyə ərazisində 1.440 manat məbləğində görülmüş təmir-tikinti və abadlıq işlərinin qəbulu aktlarına həmin işlərin aparılmasını təsdiq edən sənədlər əlavə olunmayıb.

Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanmış, istintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2854

Oxşar yazılar