AB təmsilçisiinin iqamətgahında müasir miniatür rəsmlərin sərgisi təşkil olunub
0
0
Dekabrın 7-də Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyin rəhbərinin iqamətgahında müasir miniatür rəsmlərin sərgisi təşkil olunub. APA-nın məlumatına görə tədbirə nümayəndəliyin rəhbəri, səfir Roland Kobia, xarici dövlətlərin ölkəmizdəki səfirləri, ictimaiyyət və mətbuat nümayəndələri qatılıblar.
Sərgidə Azərbaycandan, Türkiyədən və Böyük Britaniyadan olan 7 rəssamın işləri nümayiş olunub. Tədbirin əhəmiyyətindən danışan səfir Roland Kobia bildirib ki onun təmsil etdiyi təşkilat Azərbaycan rəssamlarını Avropada tanıtdırmaq istəyir: “Biz bu sərgini təşkil etdiyimizə görə çox şadıq. Mən bu gün təqdim olunan rəsmləri çox bəyəndim. Bu bizim təşkil etdiyimiz ilk belə tədbir deyil. Amma bugünkü sərgi digərlərindən bir az fərqlənir. Bu axşam 7 müxtəlif rəssamın işləri təqdim olunub, amma onları birləşdirən cəhət odur ki, hamısı miniatür rəsmləri çəkirlər. Biz çox istəyirik ki Azərbaycan mədəniyyəti populyarlaşsın. Region və xüsusən də Azərbaycan miniatür rəsm sahəsində böyük tarixə malikdir və biz istəyirik ki bu cür tədbirlər gələcəkdə də olsun”.
Onu da qeyd etmək lazımdır ki, rəsmlərin satışı də nəzərdə tutulub.