Zirzəmidən velosiped və xalça oğurlayanlar yaxalandılar
0
0
Dekabrın 6-da Bakı şəhəri Nizami rayonu B.Nuriyev küçəsində yaşayan Elmar Məmmədovun evinin zirzəmisindən qapını sındırma yolu ilə velosiped və 2 ədəd xalça oğurlanıb.
Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi 24-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ucar rayon sakini Allahverdi Salmanov, Ağdaş rayon sakini Ağababa Yusifov və Bərdə rayon sakini Bəhruz Hüseynov dekabrın 7-də yaxalanıblar.