Indoneziyalı diplomat Ermənistanı dolma ilə tanıdı
0
0
Dekabrın 8-dən İrəvanda «İndoneziya-Ermənistan-2012» mədəniyyət tədbiri başlayıb.
Lent.az-ın Ermənistan informasiya vasitələrinə istinadən məlumatına görə, tədbirdə məqsəd bu müsəlman ölkəsinin mədəniyyəti və başqa özəllikləri haqqında ölkə ictimaiyyətini məlumatlandırmaqdır.
Mərasimdə İndoneziyanın Ermənistandakı səfiri Niniek Kun Nariati və adı çəkilən müsəlman dövlətinin Ermənistandakı fəxri konsulu Yervand Voskanyan, mədəniyyət nazirinin müavini Artur Poqosyan iştirak və çıxış edərək, iki ölkə arasında əlaqələrin genişləndirilməsindən danışıblar.
Ermənilər İndoneziya səfirinə dolmanı erməni xörəyi kimi təqdim ediblər. Müsəlman ölkəsinin diplomatı deyib:«Şəxsən mənim üçün erməni dolması (?-red) və «Tərxun» limonadı Ermənistanı tanımaq üçün əsas oldu».