Mühafizəçini xilas elədilər
09 dekabr 2012 12:43 (UTC +04:00)

Mühafizəçini xilas elədilər

0
Bakının Xətai rayonunda bir nəfər mühafizə etdiyi avtosalonun mühafizə otağında köməksiz vəziyyətdə qalıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumatda bu barədə bildirilib.

Dərhal FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Məlum olub ki, avtosalonda mühafizəçi işləyən, 1977-ci il təvəllüdlü Hümbətov Tahir Hümbət oğlu xəstələnib və mühafizə otağında huşunu itirib.

Xilasedicilər otağı xüsusi alət və avadanlıqlarla açaraq, xəstəni Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1512

Oxşar yazılar