Göldə batdı
09 dekabr 2012 12:58 (UTC +04:00)

Göldə batdı

0
Şəmkir rayonundakı süni göldə bir nəfər boğulub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, rayonun Qapanlı kəndi ərazisində, 1945-ci il təvəllüdlü Yunis Allahverən oğlu Kazımov süni göldə batıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunib və axtarışlara başlanılıb.

Xilasedicilər onun cəsədini taparaq, sudan çıxarıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1115

Oxşar yazılar