Ana və qızını vurub qaçdı
10 dekabr 2012 09:27 (UTC +04:00)

Ana və qızını vurub qaçdı

0
Bakının Nizami rayonunda metronun “Koroğlu” stansiyasının yaxınlığında iki piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Qəza zamanı piyadalar, Binəqədi rayon sakinləri, 1967-ci il təvəllüdlü Rübabə Rzayevava və onun qızı, 19 yaşlı Gülgəz Yusifova naməlum avtomaşınla vurulublar. Onları vuran avtomaşının sürücüsü hadisə yerində qaçıb.

Qəzadan sonra hər iki yaralı 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

Yaralı Rübabə Rzayeva əməliyyat edilərək, reanimasiya şöbəsinə yerləşdirilib.

Gülgəz Yusifovanın xəsarətləri yüngül olduğundan ona ambulator müalicə təyin olunub.

Yol nəqliyyat hadisəsinin başvermə səbəbləri araşdırılır. Polis hadisə yerindən qaçan sürücünü axtarır.

ANSPRESS
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2155

Oxşar yazılar