Bir ayın əsgəri xəstəlikdən ölüb
10 dekabr 2012 11:35 (UTC +04:00)

Bir ayın əsgəri xəstəlikdən ölüb

0
Azərbaycan Ordusu daha bir əsgərini itirib.

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin hərbi hospitalında qeydə alınıb. Bir ay əvvəl hərbi xidmətə çağırılan, 1990-cı il təvəllüdlü Rəşad Mirzəliyev xəstəlikdən dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidməti APA-ya əsgərin ölüm faktını təsdiqləyib.

Qeyd edək ki, R. Mirzəliyev Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon şöbəsi tərəfindən 2012-ci ilin oktyabrında həqiqi hərbi xidmətə çağırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3354

Oxşar yazılar