Bakıda taksi sürücüsü bıçaqla qadın müştəriyə hücum etdi
0
0
Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, dekabrın 4-də Xanım İsmayılova Moskva prospekti 70-in qarşısında naməlum sürücünün taksi kimi idarə etdiyi avtomaşına əyləşərək Yeni Yasamala gedəcəklərini bildirib. Sürücü avtomaşını Moskva prospekti 75-in qarşısında saxlayıb bıçaqla X.İsmayılovanı hədələyərək qızıl boyunbağısını və 125 manat pulunu alıb.
Yasamal RPİ CAŞ və 29-cu PB-nin keçirdiyi əməliyyat tədbiri nəticəsində quldurluqda şübhəli bilinən Orxan Fərzəliyev dekabrın 8-də tutulub.
Yasamal RPİ CAŞ və 29-cu PB-nin keçirdiyi əməliyyat tədbiri nəticəsində quldurluqda şübhəli bilinən Orxan Fərzəliyev dekabrın 8-də tutulub.
0
0