Bacısından əl çəkməyən oğlanın bulvarda qanını tökdü – TƏFƏRRÜAT
0
0
Lent.az-ın məlumatına görə, Ağcabədi şəhərində yerləşən və “Bulvar” adı ilə tanınan “Gənclik” istirahət parkında 1989-cu il təvəllüdlü Şirinov Elgün Aydın oğlu həmyerlisi, 1986-cı ildə anadan olmuş Əliyev Elnur Nadir oğlunu bıçaqlayıb. 23 yaşlı oğlan E.Əliyevin boğaz, qara ciyər və ürək nahiyəsinə kəsici alətlə ağır xəsarətlər yetirib. İkinci ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, hadisəyə E.Əliyevin E.Şirinovun bacısına münasibəti səbəb olub. Bildirilir ki, 26 yaşlı E.Əliyev hadisəni törədən oğlanın bacısını istəyirmiş və onunla ailə qurmaq məqsədi ilə elçi də göndəribmiş. Lakin Şirinovlar razılaşmayıblar və qızı E.Əliyevə verməyiblər. Gənc oğlan inadından əl çəkməyib və qızla əlaqə saxlamağa çalışıb. E.Şirinovun bacısından əl çəkmədiyini görən 23 yaşlı E.Şirinov isə əsəblərinə hakim ola bilməyib və həmyerlisini parkda ölümcül hala salıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 29.120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə iş başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.
Nizam RZA