“Konstitusiya” Araşdırmalar Fondu saxlanma yerlərində monitorinqlər keçirilib
0
0
ATƏT-in Bakı ofisinin dəstəyi ilə “Konstitusiya” Araşdırmalar Fondunun həyata keçirdiyi “Saxlama yerlərinin monitorinqi - 2012” layihəsi çərçivəsində Binəqədi və Masallı Rayon Polis İdarələrinin Müvəqqəti Saxlanma Yerlərində monitorinq həyata keçirilib. Monitorinqi “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, eksperti Elçin Salmanov aparıb.
Fonddan Lent.az-a verilən məlumata görə, monitorinq zamanı müvəqqəti saxlama təcridxanasına, o cümlədən saxlama kameraları, növbətçi hissə, müstəntiq, vəkil, tibbi müayinə otaqlarına baxış keçirilib.
Eyni zamanda təqsirləndirilən və şübhəli bilinən şəxslərin qeydiyyat və tibbi müayinə jurnalı ilə tanış olunub.
Layihə çərçivəsində həmçinin 1 saylı Cəzaçəkmə müəssisəsində baxış-monitorinq həyata keçirilib. Monitorinq zamanı müəssisənin bütün obyektlərinə, o cümlədən müəssisənin yataqxanasına, cərimə təcridxanasına, karantin zonasına, görüş yerlərinə, sanitar-tibb hissəsinə, ərzaq anbarına və mətbəxə, yeməkxanaya, dini ibadət otağına baxış keçirilib.
Başçəkmə zamanı müəssisənin rəis heyətinə işgəncələr və qeyri – insani rəftarın qadağan olunması mövzusunda seminar keçirildi. Seminarda 15 zabit iştirak edirdi.