Sürücü taksini insanların üzərinə sürdü: 4 yaralı
10 dekabr 2012 19:42 (UTC +04:00)

Sürücü taksini insanların üzərinə sürdü: 4 yaralı

0
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, H.Zərdabi küçəsində 1974-cü il təvəllüdlü Murad Məmmədov taksi kimi istifadə etdiyi “Mercedes” markalı avtomobillə 4 piyadanı vurub. Nəticədə piyadalar - Aqil Məmmədov, Rüstəm Rüstəmov, Gündüz Sultanzadə və İsmixan Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən sürücü saxlanılıb. Fakt üzrə cinayət işi başlanılıb.

Hadisənin səbəbləri məlum deyil.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1499

Oxşar yazılar