Bakıda telekanal əməkdaşının qanını tökdülər
0
0
Dekabrın 11-nə keçən gecə Bakı şəhərinin Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon ərazisində yerləşən çay evlərinin birində Suraxanı rayon Qaraçuxur qəsəbə sakini, 27 yaşlı Cəfərov Nemət Eldar oğlu naməlum şəraitdə bıçaqlanıb. Yaralı hadisədən sonra 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.
Cərrahi əməliyyatdan sonra onun həyatı xilas edilib. Buna baxmayaraq iki bıçaq yarası alan zərərçəkənin həyatı üçün təhlükə hələ də qalmaqdadır. Nemət Cəfərovun kim tərəfindən və hansı səbəbdən bıçaqlanması Yasamal rayon polis idarəsi 28-ci polis bölməsində aparılan araşdırmalardan sonra məlum olacaq.
Qeyd edək ki, qanlı hadisə zamanı bıçaq xəsarətləri alan Nemət Cəfərov Azərbaycanda fəaliyyət göstərən məşhur telekanallardan birinin əməkdaşıdır.
(anspress)