Oğlunun intiharına dözməyən ata özünü restoranda asdı
11 dekabr 2012 11:42 (UTC +04:00)

Oğlunun intiharına dözməyən ata özünü restoranda asdı

0
Bakıda intihar hadisəsi baş verib. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə dekabrın 11-də Bibiheybət qəsəbəsində yerləşən “Xəzər” restoranında qeydə alınıb. Sabirabad rayon sakini, 1964-cü il təvəllüdlü Pənah Aslan oğlu Fərzəliyev restoranın çardağında özünü asaraq intihar edib. Mərhumun meyiti restoranın işçiləri tərəfindən aşkarlanıb.


Polisdən həmçinin bildirilib ki, 2 il əvvəl P. Fərzəliyevin oğlu da intihar edibmiş. Bundan sarsıntı keçirən ata bir neçə dəfə intihara cəhd edib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 7003

Oxşar yazılar