Bərdədə oğurluq edən qaraçı dəstəsi tutulub
11 dekabr 2012 12:51 (UTC +04:00)

Bərdədə oğurluq edən qaraçı dəstəsi tutulub

0
Bərdədə evlərdən oğurluq edən qaraçı dəstəsi saxlanılıb. Lent.az-ın Gəncə Media Mərkəzinə istinadən verdiyi məlumata görə, qaraçı dəstəsi oğurluq məqsədi ilə girdikləri mənzillərdən mis qazan, qızıl-zinət əşyaları, xeyli sayda paltar oğurlayıblar.

Bərdə rayon Polis Şöbəsinin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin noyabrın etibarən 20-dən çox yaşayış evini qarət edən 5 nəfərdən ibarət dəstə saxlanılıb. Dəstə üzvləri istintaqda ilkin dindirilmə zamanı törətdikləri əməllərini etiraf ediblər.

Faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 (oğurluq) maddələri ilə cinayət işi açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1973

Oxşar yazılar