Bakının mərkəzində təhlükəli anlar
12 dekabr 2012 10:09 (UTC +04:00)

Bakının mərkəzində təhlükəli anlar

0
Lent.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Zərifə Əliyeva küçəsi 29 ünvanında yerləşən 5 mərtəbəli binanın 3-cü mərtəbəsindən tüstü qalxıb. Məlum olub ki, 3-cü mərtəbədə yerləşən yaşayış evində isitmə sistemində nasazlıq yaranıb və yanğın başlayıb. Dərhal əraziyə yanğınsöndürmə briqadası cəlb edilib. Yanğının miqyası böyümədən təhlükə aradan qaldırılıb.

Qeyd edək ki, saat 09 radələrində hadisənin baş verdiyi Zərifə Əliyeva küçəsi Bakının mərkəzi və nəqliyyatın sıx olduğu yollarından biridir. Hadisə vaxtı yolda tıxac yaranıb.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3192

Oxşar yazılar