Bakıda 54 yaşlı kişi faciəvi şəkildə öldü
0
0
Dekabrın 10-u saat 09:00 radələrində Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil piyadanı vurub. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Kürdəxanı qəsəbəsi ərazində İmişli rayon sakini, 1980-ci il təvəllüdlü Binnət Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomaşınla Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Ədalət Rzayevi vurub. Piyada ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ə.Rzayev dekabrın 11-də xəstəxanada ölüb.
Faktla əlaqədar Sabunçu RPİ-də araşdırma aparılır.
Nizam RZA
Faktla əlaqədar Sabunçu RPİ-də araşdırma aparılır.
Nizam RZA
0
0