11 aylıq körpə bədbəxt hadisənin qurbanı olub
12 dekabr 2012 21:30 (UTC +04:00)

11 aylıq körpə bədbəxt hadisənin qurbanı olub

0
Lənkəran rayonunda on bir aylıq körpə bədbəxt hadisənin qurbanı olub.

Bu barədə APA-nın Cənub bürosuna Lənkəran Rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, hadisə dekabrın 12-də saat 17 radələrində rayonun Şıxəkəran kəndində qeydə alınıb. Kənd sakini Anar Seydəmir oğlu Məmmədovun nəzarətsiz buraxılan 2 yaşlı qızı Xədicə oyuncaq boyunbağını 11 aylıq bacısı Mirhədiyyə Məmmədzadənin boynuna keçirib. Nəticədə isə boyunbağı körpənin boynunda sıxılaraq onu boğub.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2419

Oxşar yazılar