Almaniya Türkiyədə “Patriot” ların yerləşəcəyi yeri açıqlayıb
Almaniyanın Türkiyəyə ayırdığı iki “Patriot” zenit raket kompleksi ölkənin cənub-şərqində, Suriya sərhədindən 100 kilometr aralıda yerləşdiriləcək. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Almaniyanın XİN-in dövlət naziri Mixael Link bəyan edib.
Link qeyd edib ki, böyük ehtimalla, raketlər Türkiyənin Qəhrəmanmaraş şəhərinin yaxınlığında yerləşdiriləcək. Türkiyənin cənub-şərqində yerləşən, 430 min əhalisi olan bu şəhər ölkənin toxuculuq sənayesinin mərkəzi sayılır.
Almaniyanın müdafiə naziri Tomas de Mezyer Bundestaqda çıxışı zaman qeyd edib ki, Patriot sistemlərini Türkiyədə yerləşdirməkdə məqsəd Suriya münaqişəsinin bu ölkəyə yayılmasının qarşısını almaqdan ibarətdir.
“Suriyanın Türkiyənin əksər hissəsini əhatə edən ərazisində hər hansı hədəfə zərbə endirməyə qadir raketləri var”, deyə nazir qeyd edib. Nazir əlavə edib ki, bu raketlər kimyəvi silahla da təchiz edilə bilər.
Tomas de Mezyer qeyd edib ki, “Patriot” sistemlərini Türkiyədə yerləşdirilməsi ilə bağlı mandat heçdə Suriyada uçuşdan azad zona yaradılmasını nəzərdə tutmur. “Onların istifadəsi Türkiyə ərazisi ilə məhdudlaşır”, - deyə nazir vurğulayıb.
Qeyd edək ki, NATO Şurası dekabrın 4-də “Patriot” sistemlərini Türkiyədə yerləşdirməsinə razılıq verib. Suriya bu qərarı pisləyib.

Oxşar yazılar

Kürdəmirdə küçə ticarətinin qarşısı alındı - VİDEO
16 iyun 2025 , 23:17
Qazaxda quldurluq edən saxlanıldı
16 iyun 2025 , 22:02
Zaqatalada FACİƏ: Su maşını 5 yaşlı uşağın üstündən keçdi
16 iyun 2025 , 21:08
Boşanmasının qisasını qayınanasından aldı: öldürdü
16 iyun 2025 , 19:34
Polis zabiti intihar etdi: evində tapılan meyitlə bağlı qan donduran TƏFƏRRÜATLAR
16 iyun 2025 , 17:02
İki yaşlı oğlan anasını öldürdü - VİDEO
16 iyun 2025 , 16:18
Gəncədə hamamda PARTLAYIŞ: qadın yandı
16 iyun 2025 , 15:48