Bakıda əməliyyat keçirən 3 polisi bıçaqladılar
0
0
Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, hadisə zamanı polislər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan Ramin Eynalovu yaxalamaq istəyirmiş. Amma qəfildən R.Eynalov polislərin üstünə bıçaq çəkib. O, 3 polis əməkdaşına bıçaqla xəsarət yetirəndən sonra özünə də bir neçə zərbə endirib.
Hadisədən sonra yaralı polislər və cinayəti törədən R.Eynalov 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Polislərin xəsarətləri yüngül olduğundan onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıblar. Cinayəti törədən Ramin Eynalovun müalicəsi isə xəstəxanada davam etdirilir.
Faktla bağlı Xəzər rayon Polis İdarəsi və Prokurorluğunda araşdırma başlanılıb. Qanlı hadisənin təfərrüatları isə istintaqın sonunda bəlli olacaq. Məlumata görə, R.Eynalov Xaçmaz şəhərində cinayət törətdiyinə görə axtarışda olub. Bu vaxt ərzində isə o, qohumlarının yaşadığı Xəzər rayonu Mərdəkan qəsəbəsindəki evdə gizlənib. Hadisə zamanı Xəzər rayon Polis İdarəsinin əməkdaşları məhz həmin evdə gizlənən Raminin tutmaq üçün əməliyyat keçirirmiş.