FHN dəhşətli qəza ilə bağlı məlumat yaydı
13 dekabr 2012 11:52 (UTC +04:00)

FHN dəhşətli qəza ilə bağlı məlumat yaydı

0
Fövqəladə Hallar Nazirliyi bu gün Bakı şəhərinin Suraxanı rayonu ərazisində baş vermiş dəhşətli yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə “Mercedes” markalı minik avtomobili divara çırpılması ilə bağlı məlumat daxil olub. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Məlum olub ki, sürücü - 1964-cü il təvəllüdlü Tofiq Həsən oğlu Zəkiyev hadisə yerində ölüb və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə T.Zəkiyevin cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1216

Oxşar yazılar