İki dostdan biri həyatını, digəri azadlığını itirdi
Xətai rayonu, Neapol dairəsi yaxınlığındakı Şıxlıniski 1A binasının iki sakininin mübahisəsi cinayətlə nəticələnib. Fevralın 25-i gecə saatlarında Fərman Cavadov (39 yaş) qonşusu Fuad Hüseynovu (37 yaş) bıçaqlayaraq öldürüb. Xətai rayonu Polis İdarəsinin 35-ci polis bölməsi cinayət faktını təsdiq edir və başqa məlumat vermir.
Bina sakinlərinin Lent.az-ın müxbiri ilə söhbət zamanı dediklərinə görə gecə təxminən saat 2-də Fərman Cavadov məhəllədə uca səslə söyüş söyürmüş. Bina sakinlərindən Fuad Hüseynov eyvandan Fərmana səslənib və səsini kəsməyi tələb edib əvəzində öz ünvanına da söyüş eşidib. Aşağı, blokun qabağına düşüb qonşusunu sakitləşdirmək istəyib. Bu zaman Fuad Hüseynov Fərman Cavadov tərəfindən bıçaqlanıb.
“Bıçaq əlimdə idi, elə aşağı düşən kimi vurdum” – Fərman Cavadov səhər saatlarında hadisə yerində polisə cinayətin necə baş verdiyini danışarkən bunları söyləyib.
Məhəllələrində baş vermiş cinayətlə şok olan bina sakinləri ikinci şoku cinayətkarın kim olduğunu öyrənən zaman yaşayıblar. “Axı bunlar dost idilər” deyə həyətdə toplaşan qohum və qonşular təəccübləniblər. Qonşuların dediyinə görə, Fuadı xəstəxanaya aparanlardan biri də Fərman özü olub. Bıçaqlanan şəxsin anası və həyat yoldaşı ilə birlikdə F.Hüseynovu əvvəlcə təcili yardıma, daha sonra isə Azərsu Tikinti Xəstəxanasına aparıb.
Səhər saatlarında məhəllədə artıq çadır qurulmuşdu. Qohumlar, qonşular hadisənin səbəbini müzakirə edirdilər. Hadisə baş verən 7-ci blokun qarşısında isə qanın üzərinə qərənfillər düzülmüşdü.
Cinayətin dəqiq səbəbi hələ açıqlanmayıb. Polis məsələ ilə bağlı araşdırma aparır.
Geridə isə gözü yaşlı insanlar, Fuadın 5 yaşlı oğlu, Fərmanın 10 yaşlı qızı və 5 yaşlı oğlu qalıb...
Vüqar BABA

Oxşar yazılar
Həmkəndlisinə avtomatdan atəş açan qazi həbs edildi
4 avqust 2025 , 00:15
Bakı–Quba yolunun kənarında yanğın - VİDEO
3 avqust 2025 , 23:04
Xaçmazda meşə yanır
3 avqust 2025 , 20:04
Tərtərdə şəhidin qardaşı boğuldu, 3 nəfər xilas edildi-YENİLƏNİB
3 avqust 2025 , 19:49
Gədəbəydə ağır qəza-Ölənlər və yaralananlar var
3 avqust 2025 , 19:09
Bakıda itkin sayılan 20 yaşlı qadın polisə belə deyib...
3 avqust 2025 , 17:27
Külək dam örtüyünü avtomobillərin üzərinə aşırdı
3 avqust 2025 , 16:16