Göygöldə ər arvadını öldürdü
20 sentyabr 2026 21:46 (UTC +04:00)

Göygöldə ər arvadını öldürdü

0

Göygöldə qətl hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndi ərazisindən qeydə alınıb.

Belə ki, kənd sakini 1985-ci il təvəllüdlü  M. Quliyev arvadı, 1988-ci il təvəllüdlü M. Quliyevaya küt alətlə xəsarət yetirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Göygöl rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin törətməkdə şübhəli bilinən M. Quliyev saxlanılıb.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar