Kəhriz quyusundan meyiti tapıldı
20 sentyabr 2026 14:42 (UTC +04:00)

Kəhriz quyusundan meyiti tapıldı

0

Ağdam rayonunun Şelli kəndində ölüm hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, kənd ərazisində yerləşən kəhriz quyusundan Bərdə rayon sakini, 1980-ci il təvəllüdlü Hacıyev Müşfiq Aqil oğlunun meyiti aşkarlanıb.

İlkin məlumata görə, M.Hacıyev bir neçə gün əvvəl yaşadığı ünvana qayıtmayıb. Bundan sonra onun yaxınları itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Məlumata görə, Bərdə sakini Ağdamın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən şirkətlərdən birində mühafizəçi işləyib.

Hadisənin səbəbləri və ölümün digər təfərrüatları araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 200

Oxşar yazılar