Rauf Talışınskinin müavininin həbsinin səbəbi bilindi
“Ayna” Mətbu Evinin vitse-prezidenti Fərhad Süleymanovun hansı maddə ilə təqsirləndirildiyi məlum olub. Bakı Şəhər Prokurorluğundan Lent.az-a bununla bağlı ətraflı məlumat verilib.
Belə ki, Bakı Şəhər Prokurorluğundan istintaqı aparılan cinayət işi üzrə əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkəmənin hökmüylə məhkum olunmuş Süleymanov Fərhad Süleyman oğlu 16 fevral 2010-cu il tarixdə qanunsuz olaraq odlu silah əldə edib saxlaması faktına görə şübhəli şəxs qismində tutulub. Fevralın 18-də isə ona Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) maddəsilə ittiham elan olunaraq, barəsində Səbail rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İstintaqla müəyyən edib ki, Fərhad Süleymanov Bakı şəhər Yasamal rayonu, Şərifzadə küçəsi ev 1-də yerləşən “Ayna” Mətbu Evinin vitse-prezidenti vəzifəsində işləməklə, onun işi müəssisənin təsərrüfat və kommunal işlərini təşkil etməkdən ibarət olub, mətbuat işi və jurnalist fəaliyyətilə məşğul olmayıb.
Hazırda Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Fərhad Süleymanov barəsində cinayət işinin istintaqı davam etdirilir.
Qeyd edək ki, “Ayna” Mətbu Evinin prezidenti “Exo” qəzetinin sahibi və baş redaktoru Rauf Talışınskidir.
F.Süleymanovun həbs olunması barədə xəbəri ilk olaraq Lent.az yayıb.
Pərvin ABBASOV

Oxşar yazılar
Həmkəndlisinə avtomatdan atəş açan qazi həbs edildi
4 avqust 2025 , 00:15
Bakı–Quba yolunun kənarında yanğın - VİDEO
3 avqust 2025 , 23:04
Xaçmazda meşə yanır
3 avqust 2025 , 20:04
Tərtərdə şəhidin qardaşı boğuldu, 3 nəfər xilas edildi-YENİLƏNİB
3 avqust 2025 , 19:49
Gədəbəydə ağır qəza-Ölənlər və yaralananlar var
3 avqust 2025 , 19:09
Bakıda itkin sayılan 20 yaşlı qadın polisə belə deyib...
3 avqust 2025 , 17:27
Külək dam örtüyünü avtomobillərin üzərinə aşırdı
3 avqust 2025 , 16:16