Qətldə suçlanan AİDS xəstəsi azadlığa buraxıldı
Fevralın 26-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qəsdən adam öldürməkdə və oğurluqda təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Həsən Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə təqsirləndirilən R.C.-nin barəsində axtarış edilmədiyindən onun ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə xitam verilib. R.C. yalınız CM-nin 177-ci (oğurluq) maddəsi ilə təqsirli bilinərək barəsində şərti maliyyə vahidinin 1000 misli dəyərində cərimə təyin edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, məhkəmə bu cəzanı təyin edərkən Rusiya məhkəmə sisteminin təcrübəsindən istifadə edib. Bina səbəb Rusiya məhkəməsinin R.C. ilə birgə oğurluqda iştirak etmiş şəxslərə pul cəzası təyin etməsi olub.
R.C. 1995-ci ildə Rusiyada olan 14 yaşında olanda cinayət hadisəsi törədib. Cinayəti törətdikdən dərhal sonra Azərbaycana qayıdıb. Yaşı az olduğundan onun barəsində adam öldürməyə görə axtarış elan olunmayıb.
Onu da qeyd edək ki, R.C. AİDS xəstəsidir.
Fərid Əkbərov

Oxşar yazılar
Həmkəndlisinə avtomatdan atəş açan qazi həbs edildi
4 avqust 2025 , 00:15
Bakı–Quba yolunun kənarında yanğın - VİDEO
3 avqust 2025 , 23:04
Xaçmazda meşə yanır
3 avqust 2025 , 20:04
Tərtərdə şəhidin qardaşı boğuldu, 3 nəfər xilas edildi-YENİLƏNİB
3 avqust 2025 , 19:49
Gədəbəydə ağır qəza-Ölənlər və yaralananlar var
3 avqust 2025 , 19:09
Bakıda itkin sayılan 20 yaşlı qadın polisə belə deyib...
3 avqust 2025 , 17:27
Külək dam örtüyünü avtomobillərin üzərinə aşırdı
3 avqust 2025 , 16:16