Vilayət Eyvazovla Rüstəm Usubov Sumqayıtdakı qətlin şahidlərini dindiriblər
Onlar istintaq-əməliyyat qrupuna zəruri tapşırıqlar veriblər
Daxili işlər nazirinin müavini Vilayət Eyvazov və Baş prokurorun 1-ci müavini Rüstəm Usubov Sumqayıtda baş vermiş silahlı insidentlə bağlı bu şəhərdə olublar.
Bu barədə APA-ya Sumqayıtın hüquq-mühafizə orqanlarından məlumat verilib. V.Eyvazov və R.Usubov fevralın 20-də Sumqayıtda valyutadəyişmə məntəqəsinin işçisi Vüqar Balayevin ölümü, atası İsmayıl Balayevin isə ağır yaralanması ilə nəticələnən cinayət hadisəsinin üstünün açılması istiqamətində həyata keçirilən əməliyyat tədbirləri ilə maraqlanıblar. Sumqayıt şəhər Polis İdarəsində V.Eyvazov və R.Usubovun iştirakı ilə bir neçə şahid dindirilib. Onlar cinayət hadisəsini araşdıran istintaq-əməliyyat qrupuna bir sıra zəruri tapşırıqlar veriblər.
Qeyd edək ki, fevralın 20-də Sumqayıt sakinləri İsmayıl Balayev və onun oğlu Vüqar Balayev iş yerinə gedərkən Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıblar. Nəticədə iki güllə yarası alan Vüqar Balayev hadisə yerindəcə keçinib, İsmayıl Balayev isə xəsarətlə Sumqayıt Şəhər xəstəxanasına yerləşdirilib.
Baş vermiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədi ilə adam öldürmə), 29,120.2.5, 29, 120.2.7 (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxsin fotorobotu da hazırlanıb. Hazırda cinayəti törətmiş şəxsin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, Sumqayıtda silahlı basqına məruz qalan ata-oğul millət vəkili İqbal Ağazadənin yaxın qohumlarıdır.

Oxşar yazılar
Həmkəndlisinə avtomatdan atəş açan qazi həbs edildi
4 avqust 2025 , 00:15
Bakı–Quba yolunun kənarında yanğın - VİDEO
3 avqust 2025 , 23:04
Xaçmazda meşə yanır
3 avqust 2025 , 20:04
Tərtərdə şəhidin qardaşı boğuldu, 3 nəfər xilas edildi-YENİLƏNİB
3 avqust 2025 , 19:49
Gədəbəydə ağır qəza-Ölənlər və yaralananlar var
3 avqust 2025 , 19:09
Bakıda itkin sayılan 20 yaşlı qadın polisə belə deyib...
3 avqust 2025 , 17:27
Külək dam örtüyünü avtomobillərin üzərinə aşırdı
3 avqust 2025 , 16:16