Astarada torpaq üstündə qan töküldü
Astarada qonşular arasında torpaq üstündə yaranmış münaqişə bıçaqlanma ilə nəticələnib.
Bu barədə Lent.az-ın bölgə müxbirinə Astara rayon Polis Şöbəsinin müstəntiqi Teymur Ələkbərov məlumat verib. Onun bildirdiyinə görə, hadisə bu gün günorta saatlarında rayonun Ərçivan kəndində qeydə alınıb. İki qonşu arasında qonşuluq münasibətləri zəminində yaranmış münaqişə bir nəfərin bıçaqlanması ilə nəticələnib.
Kənd sakinləri Mehman İbrahimovla qonşuları Elbrus Əliyev və onun oğlu Etibar Əliyev arasında torpaq üstündə başlanan mübahisə dərinləşərək təhlükəli həddə çatıb. Elbrus Əliyevin həyat yoldaşı Zəhra Əliyeva araya girib. Mehman İbrahimovun endirdiyi bıçaq zərbələri 56 yaşlı Zəhra Əliyevanın kürək nahiyəsindən dəyib. Nəticədə Zəhra Əliyeva ağır xəsarətlə Lənkəran RMX-na çatdırılıb. Xəstəxanadan verilən məlumata görə hazırda qadının üzərində əməliyyat aparılır.
Faktla bağlı cinayət işi başlanıb. Araşdırmalar gedir.
Pərvanə Əli

Oxşar yazılar
Həmkəndlisinə avtomatdan atəş açan qazi həbs edildi
4 avqust 2025 , 00:15
Bakı–Quba yolunun kənarında yanğın - VİDEO
3 avqust 2025 , 23:04
Xaçmazda meşə yanır
3 avqust 2025 , 20:04
Tərtərdə şəhidin qardaşı boğuldu, 3 nəfər xilas edildi-YENİLƏNİB
3 avqust 2025 , 19:49
Gədəbəydə ağır qəza-Ölənlər və yaralananlar var
3 avqust 2025 , 19:09
Bakıda itkin sayılan 20 yaşlı qadın polisə belə deyib...
3 avqust 2025 , 17:27
Külək dam örtüyünü avtomobillərin üzərinə aşırdı
3 avqust 2025 , 16:16