Bakıda ata qızının başını kəsib
Gürcüstan vətəndaşı Azərbaycan paytaxtında qızının başını kəsib. Bu barədə APA-ya Binəqədi rayon Prokurorluğundan məlumat verilib.
Hadisə martın 2-dən 3-ə keçən gecə baş verib. Gürcüstan vətəndaşı, 1950-ci il təvəllüdlü Mövlə Məmmədov Bakıda yaşayan qızı, 1974-cü il təvəllüdlü Rahilə Ənsorovanın evinə qonaq gəlib. Gecə yarısı Gürcüstana geri qayıdacağını bildirən ata qızından onu yola salmağı xahiş edib. Yaşadıqları binanın həyətindəki zibilliyin yanına çatanda M.Məmmədov özü ilə gətirdiyi bıçaqla qızının başını kəsərək qətlə yetirib.
Bu barədə polisə məlumat daxil olan kimi, dərhal əməliyyat qrupu yaradılıb. Həyata keçirilən axtarış tədbirləri nəticəsində hadisəni törədən M.Məmmədov saxlanılıb.
Polis tərəfindən dindirilən M. Məmmədov hadisəni namus üstündə törətdiyini və Gürcüstandan Bakıya məhz qızını öldürmək məqsədi ilə gəldiyini etiraf edib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Oxşar yazılar
Həmkəndlisinə avtomatdan atəş açan qazi həbs edildi
4 avqust 2025 , 00:15
Bakı–Quba yolunun kənarında yanğın - VİDEO
3 avqust 2025 , 23:04
Xaçmazda meşə yanır
3 avqust 2025 , 20:04
Tərtərdə şəhidin qardaşı boğuldu, 3 nəfər xilas edildi-YENİLƏNİB
3 avqust 2025 , 19:49
Gədəbəydə ağır qəza-Ölənlər və yaralananlar var
3 avqust 2025 , 19:09
Bakıda itkin sayılan 20 yaşlı qadın polisə belə deyib...
3 avqust 2025 , 17:27
Külək dam örtüyünü avtomobillərin üzərinə aşırdı
3 avqust 2025 , 16:16