Arvadını baltalayan şəxsə 15 il həbs cəzası
Aprelin 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə arvadını öldürməkdə təqsirləndirilən Quba rayon sakininin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən 1961-ci il təvəllüdlü Tanrıverdi Pirməmmədova hökm oxunub. Hökmə əsasən, T. Pirməmmədov 15 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 2009-cu ilin iyul ayında Qubanın Rustov ərazi vahidliyinin Xanəgah kəndində kənd sakini Tanrıverdi Pirməmmədov həyat yoldaşı, 34 yaşlı Kifayət Sultanovanı balta ilə öldürüb. O, həyat yoldaşının əsasən başına zərbələr endirib və başını demək olar ki, tamamilə parçalayıb.
Qeyd edək ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.
Fərid Əkbərov

Oxşar yazılar

Fikrət Cəfərli həbs olundu
29 iyul 2025 , 13:18
Yuxulu sürücülər 1 ayda 21 qəza törətdi
29 iyul 2025 , 13:09
Samuxda 56 yaşlı kişini ilan sancdı
29 iyul 2025 , 12:46Çimərlikdə iki təkər qaldıran "avtoş" tutuldu
29 iyul 2025 , 11:50
Bakıda söndürülməmiş siqaret kötüyü yanğına səbəb oldu - VİDEO
29 iyul 2025 , 11:43
İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı
29 iyul 2025 , 11:28
Bakıda daha 2 nəfər DƏNİZDƏ BATDI: birinin 8 yaşı var
29 iyul 2025 , 11:09