Bakıda qumarxana açan məhkəməyə müraciət etdi
Nəsimi Bayramov cəmi 350 manat cərimə edilibmiş
Bakıda qumarxana təşkil edən Nəsimi Bayramov haqqında çıxarılmış məhkəmə qərarından apelyasiya protesti verib. Lent.az-ın məlumatına görə, Bakı Apelyasiya Məhkəməsinə müraciət edən N.Bayramov 350 manat məbləğində cərimə olunması barədə Nərimanov rayon Məhkəməsinin qərarının ləğv olunmasını istəyib.
Qeyd edək ki, bu ilin martında Bakının Firudin Yusifov küçəsi, ev 30, mənzil 250 ünvanında qumarxana aşkarlanıb. Polisin keçirdiyi əməliyyat zamanı 4 nəfər qumar oynayarkən saxlanılıb. Araşdırmalar nəticəsində 37 yaşlı Nəsimi Bayramovun həmin ünvanı kirayə götürərək orada qumarxana təşkil etdiyi müəyyən edilib. Nərimanov rayon Məhkəməsinin qərarı ilə N.Bayramov 350 manat məbləğində cərimələnib. Ona cərimə İnzibati Xətalar Məcəlləsinin 224 (buraxılması və ya satılması qadağan olunmuş malların satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsi) görə) və 309-cu (qumar oyunu - pul, şey və başqa sərvətlərlə qumar oynamağa və ya idman yarışlarında və başqa yarışlarda qumara qoyulmuş pulun (şeyin) xüsusi şəxslər tərəfindən qəbul edilməsinə görə) maddələrilə kəsilib.
Pərvin ABBASOV

Oxşar yazılar

Fikrət Cəfərli həbs olundu
29 iyul 2025 , 13:18
Yuxulu sürücülər 1 ayda 21 qəza törətdi
29 iyul 2025 , 13:09
Samuxda 56 yaşlı kişini ilan sancdı
29 iyul 2025 , 12:46Çimərlikdə iki təkər qaldıran "avtoş" tutuldu
29 iyul 2025 , 11:50
Bakıda söndürülməmiş siqaret kötüyü yanğına səbəb oldu - VİDEO
29 iyul 2025 , 11:43
İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı
29 iyul 2025 , 11:28
Bakıda daha 2 nəfər DƏNİZDƏ BATDI: birinin 8 yaşı var
29 iyul 2025 , 11:09