Həkim ölmüş uşağı diriltdi
Onun ürəyi dayanan körpəni həyata döndürmək üçün səyləri nəticəsiz qalmayıb
Türkiyədə Ağrı bölgəsinin Doğubayazıt rayonunda təcrübə keçən həkimin səyi 2 yaşlı oğlanı həyata qaytarıb.
Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, rayon mərkəzindən 22 kilometr uzaqlıqda yerləşən Subeşiyi kəndində yaşayan 2 yaşlı Səməd Aydəmir evlərinin yaxınlığındakı çay kənarında oynayarkən ayağı sürüşüb və suya düşüb.
Körpənin suya düşdüyünü görən atası Oqtay Aydəmir və ətrafdakı insanlar suda bir müddət sürüklənən uşağı çıxararaq Doğubayazıt Dövlət Xəstəxanasına aparıblar. Xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq, Səmədin ürəyi dayanıb. Həkimlər acı xəbəri onun ailəsinə çatdırıblar. Uşaq tibbi ekspertizadan keçirilməsi üçün meyitxanaya aparılan zaman 3 aydır ki, xəstəxanada həkim kimi təcrübə keçən Kurt soyadlı həkim onu bir daha müayinə etmək istədiyini söyləyib.
O bildirib ki, içində körpənin yaşadığına dair bir hiss var. Daha sonra 45 dəqiqə ərzində Səmədə ürək masajı edilib, süni nəfəs verilib. 45 dəqiqəlik səydən sonra uşaq həyata dönüb. Bu uğurlu müdaxilədən sonra Kurt deyib ki, uşağın yaşamasına çox sevinir.

Oxşar yazılar

Yuxulu sürücülər 1 ayda 21 qəza törətdi
29 iyul 2025 , 13:09
Samuxda 56 yaşlı kişini ilan sancdı
29 iyul 2025 , 12:46Çimərlikdə iki təkər qaldıran "avtoş" tutuldu
29 iyul 2025 , 11:50
Bakıda söndürülməmiş siqaret kötüyü yanğına səbəb oldu - VİDEO
29 iyul 2025 , 11:43
İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı
29 iyul 2025 , 11:28
Bakıda daha 2 nəfər DƏNİZDƏ BATDI: birinin 8 yaşı var
29 iyul 2025 , 11:09
Şəkidə DƏHŞƏT: 56 yaşlı kişi qocaları bıçaqladı
29 iyul 2025 , 10:55