Arvadını boğub öldürən gəncə 11 il həbs cəzası
23 aprel 2010 13:00 (UTC +04:00)

Arvadını boğub öldürən gəncə 11 il həbs cəzası

Aprelin 23-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə arvadını öldürən Quba rayon sakininin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən, 1982-ci il təvəllüdlü Mehdiyev Ruhi Telman oğluna hökm oxunub. Hökmə əsasən, R.Mehdiyev 11 il müddətinə azadlıqdan məhrum edilib.


İttiham görə, 2009-cu il oktyabrın 17-də Qubanın Şuduq kəndi ərazisində rayonun Aşağı Atuc kənd sakini R.Mehdiyev 1985-ci il təvəllüdlü Elnarə Əlipaşayevanı öz bacısının toyunda qətlə yetirib və hadisə yerindən qaçıb. Quba rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədən 12 gün sonra R.Mehdiyev anadan olduğu Xaçmaz rayonun Susayqışlaq kəndi ərazisində tutularaq rayon prokurorluğuna təhvil verilib. O, ibtidai istintaqa ifadəsində həyat yoldaşını aralarında yaranmış mübahisə zəminində əli ilə boğaraq qətlə yetirdiyini bildirib.


Qeyd edək ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 674

Oxşar yazılar

Bakıda bu yollar bağlanır - SƏBƏB

Bakıda bu yollar bağlanır - SƏBƏB

27 iyul 2025 , 13:42
Qaxda toydan sonra FACİƏ:  gənc oğlan öldü, kəlləsini sındırıblar

Qaxda toydan sonra FACİƏ: gənc oğlan öldü, kəlləsini sındırıblar

27 iyul 2025 , 13:40
Tovuzda qardaşının baltaladığı qadın öldü

Tovuzda qardaşının baltaladığı qadın öldü

27 iyul 2025 , 12:47
Şəkidə AĞIR QƏZA:  yaralılar var -FOTOLENT  -VİDEO

Şəkidə AĞIR QƏZA: yaralılar var -FOTOLENT -VİDEO

27 iyul 2025 , 12:37
Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

27 iyul 2025 , 11:14
Bakıda “Ford” markalı maşın yandı

Bakıda “Ford” markalı maşın yandı

27 iyul 2025 , 11:04
Xəzərdə zəlzələ   oldu

Xəzərdə zəlzələ oldu

27 iyul 2025 , 06:20
Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

27 iyul 2025 , 00:29