Volqoqrada azərbaycanlı iş adamına sui-qəsd
İş adamını ölümdən sürücüsü xilas edib
Volqoqradda Azərbaycan vətəndaşının həyatına sui-qəsd edilib. APA-nın məlumatına görə, insident bu gün səhər saat 5.50 radələrində baş verib.
Simonov küçəsi, 20 saylı binanın zirzəmisində gizlənən şəxs binanın giriş qapısından çıxmaq istəyən 55 yaşlı Mütəllim Əsədova atəş açıb. “TT” tapançasından açılan atəşlər nəticəsində soydaşımız baldır, bel və boyun nahiyəsindən güllə yarası alıb. Yaralının köməyinə onu çöldə gözləyən şəxsi sürücüsü gəlib. Soydaşımız 25 saylı klinik xəstəxanaya aparılıb.
Atəş açan şəxsi tapmaq mümkün olmayıb. O, zirzəminin metal çərçivəsini qıraraq qaçıb. İstintaqın məlumatına görə, M. Əsədov bir neçə ticarət pavilyonunun, meyvə-tərəvəz anbarının sahibidir. O bu gün səhər Moskvaya uçmalı imiş.

Oxşar yazılar

Bakıda bu yollar bağlanır - SƏBƏB
27 iyul 2025 , 13:42
Qaxda toydan sonra FACİƏ: gənc oğlan öldü, kəlləsini sındırıblar
27 iyul 2025 , 13:40
Tovuzda qardaşının baltaladığı qadın öldü
27 iyul 2025 , 12:47
Şəkidə AĞIR QƏZA: yaralılar var -FOTOLENT -VİDEO
27 iyul 2025 , 12:37Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO
27 iyul 2025 , 11:14
Bakıda “Ford” markalı maşın yandı
27 iyul 2025 , 11:04
Xəzərdə zəlzələ oldu
27 iyul 2025 , 06:20