“Azərenerji”nin avtomobili mikroavtobusla toqquşdu, 10 yaralı
27 aprel 2010 10:30 (UTC +04:00)

“Azərenerji”nin avtomobili mikroavtobusla toqquşdu, 10 yaralı

Mingəçevir şəhərində ağır avtomobil qəzası baş verib.


Şəhər Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə aprelin 27-də saat 14:30 radələrində N. Nərimanov və 20 Yanvar küçələrinin kəsişməsində qeydə alınıb.


1973-cü il təvəllüdlü Tağıyev Xaspolad Varaşin oğlunun idarə etdiyi 45-AA-145 dövlət nömrə nişanlı “Nissan X-Trail” markalı minki avtomobili 1968-ci il təvəllüdlü Məmmədov Şəmsəddin Qəhrəman oğlunun idarə etdiyi 10-KL-538 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı sərnişin mikroavtobusu ilə toqquşub.


Hadisə nəticəsində “Azərenerji” ASC-nin Mingəçevir Regional Elektrik Təchizatı İdarəsinə məxsus olan xidməti avtomobilin sürücüsü və Nəqliyyat Departamentinin 15 saylı “Mingəçevir Regional Nəqliyyat” MMC-yə məxsus 7 saylı marşrut üzrə hərəkət edən mikroavtobusun 9 sərnişini müxtəlif bədən xəsarətləri ilə Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib. Xəsarət alan 1964-cü il təvəllüdlü Allahverdiyeva Bəsti Əvəz qızının və 1967-ci il təvəllüdlü Əhmədova Məleykə İbrahim qızının vəziyyəti daha ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 546

Oxşar yazılar

Bakıda bu yollar bağlanır - SƏBƏB

Bakıda bu yollar bağlanır - SƏBƏB

27 iyul 2025 , 13:42
Qaxda toydan sonra FACİƏ:  gənc oğlan öldü, kəlləsini sındırıblar

Qaxda toydan sonra FACİƏ: gənc oğlan öldü, kəlləsini sındırıblar

27 iyul 2025 , 13:40
Tovuzda qardaşının baltaladığı qadın öldü

Tovuzda qardaşının baltaladığı qadın öldü

27 iyul 2025 , 12:47
Şəkidə AĞIR QƏZA:  yaralılar var -FOTOLENT  -VİDEO

Şəkidə AĞIR QƏZA: yaralılar var -FOTOLENT -VİDEO

27 iyul 2025 , 12:37
Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

27 iyul 2025 , 11:14
Bakıda “Ford” markalı maşın yandı

Bakıda “Ford” markalı maşın yandı

27 iyul 2025 , 11:04
Xəzərdə zəlzələ   oldu

Xəzərdə zəlzələ oldu

27 iyul 2025 , 06:20
Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

27 iyul 2025 , 00:29