Şabran faciəsi: bir ailədən 7 ölü
Şabranda baş verən dəhşətli qəzada ölənlərin hamısının şəxsiyyəti bəlli olub.
Lent.az-ın əməkdaşının məlumatına görə, “VAZ 21 011” markalı avtomobildə olan 3 nəfərdən 2-si – sürücü və 1 sərnişin həlak olub, digər sərnişin isə yaralıdır. Ölənlər – sürücü, Siyəzən rayon sakini Nəbi Məmmədov, sərnişin Siyəzən rayon sakini Könül Qoçəliyevadır. Sərnişin Bayram Sultanov isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
“VAZ 21015” markalı avtomaşında isə iki ailənin 7 üzvü olub. Onların hamısı hadisə yerində keçinib. Bunlar Şabran rayon sakinləri Vüsal Hüseynov, Səyyarə Hüseynova, Afaq Hüseynova, Rövşən Əliməmmədov, Nuru Əliməmmədov, Nuray Əliməmmədova, Aytən Əliməmmədovadır. Dünyasını dəyişən Vüsal Hüseynov və Rövşən Əliməmmədov bacanaqdır. Ölənlərdən üçü azyaşlıdır. Səyyarə Hüseynova 2010-cu, Nuru Əlimməmədov 2009-cu, Nuray Əlimməmədova 2008-ci il təvəllüdlüdür.
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi Hikmət Kərimov Lent.az-a bildirib ki, ilkin ehtimala görə hadisəyə Nəbi Məmmədovun idarəetməni itirməsi səbəb olub. O yüksək sürətlə idarə etdiyi avtomaşınla qarşıdan hərəkət edən avtomobillə toqquşub.
Hikmət Kərimov hadisə ilə bağlı CM-nin 263.3-cü maddəsi ilə cinayət işinin başlandığını bildirib.

Oxşar yazılar
Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO
27 iyul 2025 , 11:14
Bakıda “Ford” markalı maşın yandı
27 iyul 2025 , 11:04
Xəzərdə zəlzələ oldu
27 iyul 2025 , 06:20
Məzuniyyətə gələn əsgəri avtomobil vurdu
27 iyul 2025 , 00:29
Ağdamdakı qəzada yaralanan 5 nəfərin kimliyi məlum oldu - YENİLƏNİB
26 iyul 2025 , 22:06
Laçında ağır qəza, 3 ölü, 1 yaralı
26 iyul 2025 , 21:27