“Barselona” titulunu əldən verdi
Futbol üzrə Çempionlar Liqasının finalında Almaniyanın “Bavariya” klubuna İtaliyanın “İnter” komandası rəqib olub. Lent.az-ın məlumatına görə, “İnter” yarımfinal mərhələsinin cavab görüşündə turnirin ötənilki qalibi İspaniya “Barselona”sına uduzsa da, həlledici oyunda iştirak hüququna yiyələnib.
“Nou Kamp” stadionunda baş tutan qarşılaşmanı “İnter” 28-ci dəqiqədən etibarən 10 oyunçu ilə keçirməli olub. Əvvəllər “Barsa”da çıxış etmiş, hazırda isə İtaliya komandasında oynayan braziliyalı yarımmüdafiəçi Tyaqo Motta ikinci sarı vərəqə alaraq, meydançadan qovulub. Meydan sahibləri say üstünlüyündən 84-cü dəqiqədə yararlana bilib. Xerard Pike fərqlənib. Əlavə olunmuş dəqiqələrdə Boyan Krkiç ikinci topu italyanların qapısından keçirsə də, belçikalı baş hakim Frank de Blekere qolu hesaba almayıb. O, həmin epizodda Yaya Turenin əllə oynadığını bildirib.
Beləliklə, ilk görüşdə “İnter” 3:1 hesabı ilə qalib gəldiyi üçün iki oyunun nəticəsinə əsasən, finala çıxıb. Həlledici qarşılaşma mayın 22-də İspaniyanın paytaxtı Madriddəki “Santyaqo Bernabeu” stadionunda təşkil olunacaq.

Oxşar yazılar
Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO
27 iyul 2025 , 11:14
Bakıda “Ford” markalı maşın yandı
27 iyul 2025 , 11:04
Xəzərdə zəlzələ oldu
27 iyul 2025 , 06:20
Məzuniyyətə gələn əsgəri avtomobil vurdu
27 iyul 2025 , 00:29
Ağdamdakı qəzada yaralanan 5 nəfərin kimliyi məlum oldu - YENİLƏNİB
26 iyul 2025 , 22:06
Laçında ağır qəza, 3 ölü, 1 yaralı
26 iyul 2025 , 21:27