Liftdə köməksiz qalan 4 nəfər xilas edilib
29 may 2010 12:00 (UTC +04:00)

Liftdə köməksiz qalan 4 nəfər xilas edilib

Mayın 28-də Bakı şəhərinin üç rayonunda liftdə köməksiz qalan 4 nəfər Fövqəladə Halar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən xilas edilib. Lent.az-ın məlumatına görə, ilk hadisə paytaxtın Xətai rayonunda qeyd alınıb. Belə ki, həmin rayonda yerləşən 16 mərtəbəli yaşayış binasının liftində iki nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 7-ci mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq alət və avadanlıqlar vasitəsilə zərərçəkmişlərin liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 10:48-də başa çatıb.
Binəqədi rayonunda isə doqquzmərtəbəli yaşayış binasının liftində bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 2-ci və 3-cü mərtəbələr arasında dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq alət və avadanlıqlar vasitəsilə lifti 3-cü mərtəbəyə qaldırıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 12:58-də başa çatıb.
Digər analoji vəziyyət Nərimanov rayonunda qeyd alınıb. Rayonun doqquzmərtəbəli yaşayış binasının liftində bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Mməlum olub ki, lift texniki nasazlıq səbəbindən 2-ci və 3-cü mərtəbələr arasında dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq alət və avadanlıqlar vasitəsilə lifti 3-cü mərtəbəyə qaldırıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 20:48-də başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 588

Oxşar yazılar