Daşkəsən dağlarında ƏMƏLİYYAT - VİDEO
22 sentyabr 2026 12:38 (UTC +04:00)

Daşkəsən dağlarında ƏMƏLİYYAT - VİDEO

0

Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı çətin relyef şəraitində əməliyyat keçiriblər.

DİN mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən xəbərə görə, nəticədə narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də satışı ilə məşğul olmaqda şübhəli bilinən əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 41 yaşlı Ruslan Əmirov saxlanılıb.

Onun üzərindən 6 kiloqram yaxın narkotik vasitə aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, R.Əmirov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 202

Oxşar yazılar