Azərbaycana uçan təyyarələr havaya qalxa bilmədi - PUA TƏHLÜKƏSİ
22 sentyabr 2026 10:49 (UTC +04:00)

Azərbaycana uçan təyyarələr havaya qalxa bilmədi - PUA TƏHLÜKƏSİ

0

Bu gün kütləvi PUA hücumları ilə əlaqədar Rusiyanın bir sıra böyük hava limanlarında uçuş cədvəlində ciddi pozuntular yaranıb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, Şeremetyevo, Vnukovo, Domodedovo, Pulkovo və Soçi hava limanlarında sərnişinlər saatlarla uçuş gözləməli olublar. Onlarla reys gecikdirilib və ya ləğv edilib.

Ən çox problem “Aeroflot”, “Pobeda”, “Rossiya” və “Nordwind” aviaşirkətlərinin reyslərində qeydə alınıb.

Gecikmələr arasında Azərbaycana uçan reysləri də var. “Vnukovo” hava limanında “UTair” aviaşirkətinin Gəncəyə saat 05:45-ə planlaşdırılan reysi saat 07:45-dək təxirə salınıb.

“S7 Airlines”in Bakıya saat 12:50-yə planlaşdırılan reysi saat 14:00-dək təxirə salınıb.

Bundan başqa, “Azərbaycan Hava Yolları”nın (AZAL) Bakıya saat 12:50-yə nəzərdə tutulan reysi də saat 14:00-dək gecikdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar