Bakıda FACİƏ:  2 nəfər dənizdə batdı  - YENİLƏNİB
21 sentyabr 2026 11:06 (UTC +04:00)

Bakıda FACİƏ: 2 nəfər dənizdə batdı - YENİLƏNİB

4

Bakıda dənizdə batanların adları məlum olub. 

Lent.az xəbər verir ki, Bilgəh çimərliyində Qusar rayon sakini 2008-ci il təvəllüdlü Elmin Elmar oğlu Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Natiq oğlu Əlizadə suda boğulublar.
     
Onların meyitlərinin sudan çıxarılması istiqamətində tədbirlər davam etdirilir.

***

19 sentyabr, saat 17:45

Bakıda 2 nəfər dənizdə batıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a bildirilib ki, hadisə Sabunçu rayonu, Bilgəh qəsəbəsində, nəzarətsiz ərazidə qeydə alınıb.

“112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Hazırda vətəndaşların batdıqları ehtimal olunan istiqamətlərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
4
# 3708

Oxşar yazılar