Gəncədə narkobanda ələ keçdi
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional şöbəsinin əməkdaşları narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar dəstəni həbs edib. Hüquq mühafizə orqanı əməkdaşlarının Gəncə və Goranboyda həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində 4 nəfər saxlanılıb. Saxlanılanlardan biri qadındır.
Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional şöbəsinin rəis müavini Rafael İsmayılov məlumat verib. Onun bildirdiyinə görə, hüquq mühafizə orqanı əməkdaşlarına bu qrupun mütəmadi olaraq Bakı və Naftalan şəhərlərindən narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə məlumat daxil olub. Aparılan axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakinləri 1964-cü il təvəllüdlü Aslanov Rüfət Heydər oğlu və “Mehriban” ləqəbli Kazımova Bəsti İsrayıl qızı, Goranboy rayon Xanqərvənd kənd sakinləri Aslanov Rəşad Tahir oğlu və Adıgözəlov Fəxri Sərhad oğlu iş başında, yəni 200 qram narkotik vasitə olan heroini satmaq istəyərkən tutulub. Dəstə üzvlərinin üzərindən istifadə etdikləri iynələr və mobil telefonlar da götürülüb.
Faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234-cü və 234.4.3-cü maddələri ilə iş açılıb, araşdırma aparılır.
Vüsalə Cənnətova

Oxşar yazılar

Sumqayıtda münaqişə bıçaqlanma ilə nəticələndi
19 iyul 2025 , 22:04
Zuğulba şosesində maşın yandı, Mərdəkan istiqamətində sıxlıq yarandı
19 iyul 2025 , 20:59
Faciəli ÖLÜM: Kişi maqnit rezonans tomoqrafiya aparatında can verdi
19 iyul 2025 , 20:42
Mingəçevirdə tənha yaşayan qadının meyiti tapıldı
19 iyul 2025 , 19:28
Bakıda usta sexdə öldü
19 iyul 2025 , 18:00
İranda Məşhədə gedən avtobus aşdı, 21 nəfər öldü - VİDEO
19 iyul 2025 , 16:42
Kəlbəcərdə kişi qayadan yıxılıb öldü
19 iyul 2025 , 15:27