Həbs olunan azərbaycanlılar İsraildən İordaniyaya aparılır - EKSKLÜZİV
Fələstinin Qəzza zolağına 6 gəmidən ibarət “Azadlıq donanması” ilə humanitar yardım aparan və mayın 31-nə keçən gecə İsrail hərbçilərinin keçirdiyi əməliyyat nəticəsində həbs olunmuş iki nəfər Azərbaycan vətəndaşı İordaniyaya gətirilir. Bu barədə Lent.az-a eksklüziv açıqlamasında Azərbaycanın İordaniyadakı fövqəladə və səlahiyyətli səfiri Elman Araslı məlumat verib.
O deyib ki, gəmidə həbs olunan şəxslərin bir hissəsi artıq İsraildən İordaniyaya göndərilib: “Həmin şəxslər İordaniya hüdudlarına az əvvəl keçiblər, indi yoldadırlar, gəlirlər. Bu qrupda gələnlər arasında azərbaycanlıların olub-olmaması barədə hələlik məlumat yoxdur. Yaxın saatlarda bu məsələni dəqiqləşdirəcəyik”.
Deportasiya olunan şəxslər hissə-hissə İordaniyanın paytaxtı Əmman şəhərinə gətirilərək mehmanxanaya gətiriləcək.
Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elxan Poluxov isə Lent.az-a bildirib ki, hələlik həbs olunan azərbaycanlıların şəxsiyyəti müəyyənləşdirilməyib: “Yaxın saatlarda ətraflı məlumat veriləcək”.
Pərvin ABBASOV

Oxşar yazılar

15 yaşlı qız polis mayorundan hamilə qaldı
19 iyul 2025 , 13:29
Pirşağıda gənc oğlan dənizdə batdı - YENİLƏNİB
19 iyul 2025 , 11:58
Bakıda polisə tabe olmayan sürücü HƏBS OLUNDU
19 iyul 2025 , 11:41
Bakıda "Bolt" sürücüsü maşında cinsi əlaqədə olduğu məmuru belə ŞANTAJ ETDİ
19 iyul 2025 , 10:35
Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi
19 iyul 2025 , 10:17
Füzulidə qadın kanalda batdı
19 iyul 2025 , 10:09