Yevlaxda silahlı insident, 1 ölü
Qətlin törədilməsinə iki gənc arasında uzun illər davam edən şəxsi ədavət səbəb olub
Azərbaycanın Yevlax rayonunda qətl hadisəsi baş verib. Bu barədə APA-ya Yevlax rayon Polis Şöbəsindən məlumat verilib.
Hadisə iyunun 1-də rayonun Səmədabad kəndində qeydə alınıb. Kənd sakini, 1980-ci il təvəllüdlü Hafiz Yaşar oğlu Hüseynov ov tüfəngindən atəş açaraq İsmayılabad kənd sakini, 1980-ci il təvəllüdlü Seymur Kamal oğlu Məmmədovu qətlə yetirib.
İlkin araşdırmalara görə, hadisənin baş verməsinə iki gənc arasında uzun illərdən bəri davam edən şəxsi ədavət səbəb olub. Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində H. Hüseynov saxlanılıb.
Faktla bağlı Yevlax rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Oxşar yazılar

Pirşağıda gənc oğlan dənizdə batdı - YENİLƏNİB
19 iyul 2025 , 11:58
Bakıda polisə tabe olmayan sürücü HƏBS OLUNDU
19 iyul 2025 , 11:41
Bakıda "Bolt" sürücüsü maşında cinsi əlaqədə olduğu məmuru belə ŞANTAJ ETDİ
19 iyul 2025 , 10:35
Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi
19 iyul 2025 , 10:17
Füzulidə qadın kanalda batdı
19 iyul 2025 , 10:09
Bakıda AĞRI QƏZA: xanımı ölü, özü və qızı yaralandı
19 iyul 2025 , 09:25Bakıda QƏZA: Xəsarət alan var
19 iyul 2025 , 01:37