Yeni iddia: “Generalı masonlar öldürüb”
17 fevral 2009 13:30 (UTC +04:00)

Yeni iddia: “Generalı masonlar öldürüb”

“Yeni Şəfəq” qəzeti yazır ki, Rail Rzayev masonların Azərbaycanda təşkilatlanmasının qarşısını aldığı üçün onların qəzəbinə tuş gəlib

Türkiyə mətbuatı Azərbaycan müdafiə nazirinin keçmiş müavini, general Rail Rzayevin öldürülməsi ilə bağlı müxtəlif versiyalar irəli sürür.
Lent.az-ın məlumatına görə, Türkiyənin “Yeni Şəfəq” qəzeti generalın masonlar tərəfindən qətlə yetirildiyini iddia edir. Qəzet yazır ki, mərhum general masonların Azərbaycanda təşkilatlanmasının qarşısını alıb. Türkiyə xüsusi xidmət orqanlarının bir qrup əməkdaşı qətlin istintaqı ilə bağlı Bakıya gəlib.
Həmin qrup 17 il müddətində Hərbi Hava Qüvvələri komandanı olmuş Rail Rzayevin qətlində “Ergenekon” izinin olub-olmadığını araşdıracaq: “Qrupun indiyədək əldə etdiyi materiallara əsasən, generalı masonlar ortadan qaldırıb. Belə ki, masonlar 2003-cü ildə Azərbaycanda loja qurmaq üçün ölkə rəhbərliyinə müraciət edib. General Rzayev qəti şəkildə bunun əleyhinə olduğunu bildirib və masonların Azərbaycanda təşkilatlanmasının qarşısını alıb. Bu səbəbdən general aradan götürülüb”.
Qəzetin iddiasına görə, Türkiyədəki Masonlar Lojası 2003-cü il iyunun 14-də Azərbaycanda da loja qurmaq barədə qərar qəbul edib. Bu işi həyata keçirmək üçün “Yeni üfüq” adlı komitə yaradılıb və komitəyə rəhbərlik bir azərbaycanlıya həvalə olunub. Komitənin Azərbaycanda təşkilatlanmaq barədə ölkə rəhbərliyinə müraciətinə müsbət cavab verilməyib. Burada general Rzayevin təsiri böyük olub. Nəticədə general masonların qəzəbinə tuş gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2287

Oxşar yazılar

Bakıda məktəbli qız YOXA ÇIXDI

Bakıda məktəbli qız YOXA ÇIXDI

2 may 2025 , 15:37
Məzahir Pənahovun oğlu arvadına işgəncə verdi - ŞOK FOTOLAR

Məzahir Pənahovun oğlu arvadına işgəncə verdi - ŞOK FOTOLAR

2 may 2025 , 14:55
Sumqayıtda külək ağacı maşının üstünə aşırdı, sürücü öldü

Sumqayıtda külək ağacı maşının üstünə aşırdı, sürücü öldü

2 may 2025 , 14:25
Azərbaycana gətirdikləri dron  əllərindən alındı

Azərbaycana gətirdikləri dron əllərindən alındı

2 may 2025 , 13:59
500-dən çox adam Azərbaycandan çıxa bilmədi

500-dən çox adam Azərbaycandan çıxa bilmədi

2 may 2025 , 13:40
Bakıda sərxoş kişi hamamda yıxılıb öldü

Bakıda sərxoş kişi hamamda yıxılıb öldü

2 may 2025 , 13:17
Ağcabədidə evdən meyit tapıldı

Ağcabədidə evdən meyit tapıldı

2 may 2025 , 12:28
Bakıda FACİƏ:  gənc qız hamamda BOĞULDU

Bakıda FACİƏ: gənc qız hamamda BOĞULDU

2 may 2025 , 11:46