Yevlaxda nasaz maşın aşdı, ölənlər var - YENİLƏNİB  - VİDEO
28 oktyabr 2026 11:11 (UTC +04:00)

Yevlaxda nasaz maşın aşdı, ölənlər var - YENİLƏNİB - VİDEO

0

Oktyabrın 27-si, saat 14 radələrində, Bakı-Yevlax avtomobil yolunun Qaraoğlan kəndi ərazisindən keçən hissəsində 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən xəbərə görə, Yevlax şəhər sakini 24 yaşlı Oruc Məmmədov BMW markalı avtomobillə hərəkətdə olarkən, ilkin ehtimala görə yüksək sürət və təkər sistemində yaranan nasazlıq səbəbindən idarəetməni itirərək yolun kənarına aşıb.

Qəza nəticəsində ağır xəsarətlər alan sürücü və həmyerlisi olan sərnişini - 30 yaşlı Emil Paşayev xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəblərdən dəfələrlə ağır-yol nəqliyyat hadisələrinin baş verdiyini bir daha xatırladır və sürücüləri avtomobillərinin texniki sazlığına vaxtaşırı nəzarət etməyə, nasaz, texniki-təhlükəsizlik baxımından normativ tələblərə cavab verməyən nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə və əksər faciələrin başlancığı olan sürət amilinə hər zaman həssaz yanaşmağa çağırır.

***
27 oktyabr, saat: 15:26

Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb.

Lent.az-ın məlumatına görə, hadisə oktyabrın 27-də rayonun Qaraoğlan kəndi yaxınlığında baş verib.

Qəza nəticəsində yaralanan iki nəfər saat 13:10-da  Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onların həyatını xilas etmək mümkün olmayıb. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, hər iki şəxsin ölümü qeydə alınıb.

Məlumata görə, ölənlərin hər ikisi avtomobil təmiri ustası olub.(APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 994

Oxşar yazılar