Zəlimxan Yaqub bir neçə gün sonra Bakıya qayıdacaq
07 sentyabr 2010 11:31 (UTC +04:00)

Zəlimxan Yaqub bir neçə gün sonra Bakıya qayıdacaq

Türkiyədə “Amerikan” xəstəxanasında böyrəyindən əməliyyat olunan Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub bir neçə gün sonra Bakıya qayıdacaq. Şairin ailəsindən Lent.az-a verilən məlumata görə, Zəlimxan Yaqub Ramazan bayramını Vətəndə, ailəsilə birgə qeyd edəcək.


Məlumata görə, cüzi ağrıları olsa da, hazırda şair özünü normal hiss edir.

Xatırladaq ki, bu, Z.Yaqubun iki il ərzində keçirdiyi dördüncü əməliyyatıdır. Ötən ilin sonlarında Türkiyədə bir böyrəyi çıxarılıb. Bundan bir qədər əvvəl Almaniyada ürəyindən cərrahiyə əməliyyatı keçirib. 2010-cu ilin martında isə Bakıda ayağından əməliyyat olunub. Son əməliyyat zamanı isə şairin böyrəyindəki şiş götürülüb.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 827

Oxşar yazılar