Tərtərdəki iğtişaşlara görə axtarışda olan şəxs tutuldu
Bu ilin iyul ayının 6-da bir neçə nəfərin ağır bədən xəsarəti alması, dörd Ağdam sakini və beş Tərtər sakininin həbsi ilə nəticələnmiş kütləvi iğtişaşla bağlı axtarışda olan daha bir nəfər həbs edilib. APA-nın Qarabağ bürosunun məlumatına görə, saxlanan şəxs Ağdam rayon Şotlanlı kənd sakini, 1965-ci il təvəllüdlü Atayev Ədalət İman oğludur.
Hüquq-mühafizə orqanlarının əməkdaşları onu bir neçə saat əvvəl Tərtər rayon Qarağacı kəndi yaxınlığında Ağdamın Şotlanlı kəndindən olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə saxlayıblar. Buna etiraz olaraq qəsəbə sakinləri kütləvi aksiya keçirməyə cəhd ediblər. Hazırda əraziyə Ağdam və Tərtər Rayon Polis Şöbələrinin əməkdaşları cəlb olunub. Məcburi köçkünlər yolu bağlamaq istəsələr də, onların bu cəhdi baş tutmayıb.

Oxşar yazılar

POLİSDƏN ƏMƏLİYYAT: İctimai yerdə dini ayin keçirənlər həbs edildi
18 avqust 2025 , 13:27
Sərnişinlərin həyatını təhlükəyə atan sərxoş avtobus sürücüsü həbs edildi
18 avqust 2025 , 12:16
Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkən turistlərə cinayət işi açıldı - YENİLƏNİB
18 avqust 2025 , 12:10
Qəbirstanlıqda yaşayan kişinin meyiti tapıldı
18 avqust 2025 , 11:11
Rusiya İran PUA-ları ilə SOCAR-ın Odessadakı neft bazasını vurdu - VİDEO - YENİLƏNİB
18 avqust 2025 , 10:47
Daşkəsəndə 16 min manatlıq inəklər oğurlandı
18 avqust 2025 , 10:26
30 kiloqramdan artıq narkotik belə saxlanıldı
18 avqust 2025 , 10:02